Karyeran, portfolion və əlaqələrin bir buludda.
TheBulud bir sadə sualdan yarandı: niyə insanın peşəkar həyatı onlarla sayta, fayla və vizit kartına səpələnməlidir?
CV bir yerdə, portfolio başqa yerdə, əlaqələr telefonda, tanışlıqlar isə tədbirdən sonra unudulur. Biz bunları bir hesabda topladıq: bir link, bir QR və hər şey yerindədir.
Məqsədimiz Azərbaycanda hər kəsin özünü peşəkar şəkildə təqdim edə bilməsi, şirkətlərin isə doğru insanı daha tez tapmasıdır.
TəsisçilərTheBulud-u quranlar. Portfoliolarını elə bu saytda yaradıblar — açıb baxın.
Faiq Mahmudzadə
HəmtəsisçiKimə nə təklif edirik ?Bir platforma, dörd fərqli istiqamət !
İstifadəçilər
Bir link və bir QR ilə bütün peşəkar kimliyin.
- CV qurucu və bir kliklə PDF
- Hazır dizaynlı portfolio, baxış statistikası ilə
- QR vizit kartı: əlaqə, xəritə, bank kartları
- Şəbəkə, rəylər, XP, oyunlar və mükafatlar
HR və şirkətlər
Namizədi yalnız CV-si ilə yox, bütün profili ilə tanı.
- Vakansiya elanları və müraciətlər bir paneldə
- Namizəd səbətləri və qeydlər
- Portfolio, rəylər və bacarıqlar bir baxışda
Brendlər və tərəfdaşlar
Doğru auditoriyaya ölçülə bilən şəkildə çat.
- Şirkət promokodları və kampaniyalar
- Reklam QR-ları, skan statistikası ilə
- Marketdə məhsul və mükafat yerləşdirmə
İnvestorlar
Bir neçə gəlir xətti olan, böyüyən peşəkar şəbəkə.
- İstifadəçi paketləri: aylıq və illik abunə
- HR abunəlikləri və vakansiya gəliri
- Market, reklam və tərəfdaş kampaniyaları
Saytın içindənQeydiyyatsız baxın: hər bölməyə toxunun, içində nə olduğu açılsın.
RəqəmlərləHamısı bazadan canlı götürülür, şəxsi məlumat göstərilmir.
36İstifadəçi
35Portfolio
49QR kontakt
805Portfolio baxışı
3Qurulan bağlantı
1Şirkət