Karyeranı, portfolionu və əlaqələrini bir buluda topla.

İstifadəçi razılaşması

Versiya 1 · 03.11.2026

Bu razılaşma TheBulud platformasından (bundan sonra "Platforma") istifadə qaydalarını müəyyən edir. Qeydiyyatdan keçməklə və ya Platformadan istifadə etməklə bu şərtləri oxuduğunuzu, başa düşdüyünüzü və qəbul etdiyinizi təsdiq edirsiniz.

1. Hesab

  • Qeydiyyat zamanı verdiyiniz məlumatlar doğru və aktual olmalıdır.
  • Hesabınızın şifrəsinin qorunmasına və hesabınızda baş verən bütün fəaliyyətlərə siz cavabdehsiniz.
  • Bir şəxs yalnız bir şəxsi hesab aça bilər. Başqasının adından hesab açmaq qadağandır.

2. Paylaşdığınız məzmun

  • Portfolio, CV, şəkil, rəy və digər məzmunun hüquqları sizə məxsus qalır.
  • Məzmunu Platformada göstərmək üçün siz bizə onu saxlamaq, göstərmək və seçdiyiniz görünürlük ayarlarına uyğun paylaşmaq icazəsi verirsiniz.
  • Başqasının müəllif hüquqlarını, şəxsi məlumatlarını və ya qanunu pozan məzmun paylaşmamalısınız.

3. Qadağan olunan davranışlar

  • Spam, aldatma, təhqir, təhdid və ayrı-seçkilik.
  • Saxta rəy yazmaq, reytinqi və ya coin sistemini süni yolla artırmaq.
  • Platformanın işinə müdaxilə, avtomatlaşdırılmış toplama (scraping) və icazəsiz giriş cəhdləri.

Bu qaydaları pozan hesablar xəbərdarlıq edilmədən məhdudlaşdırıla və ya bağlana bilər.

4. Paketlər, ödənişlər və coin

  • Ödənişli paketlərin imkanları və qiymətləri "Paketlər" bölməsində göstərilir.
  • Coin və xallar Platformadaxili vahidlərdir, real pula bərabər deyil və yalnız Platformanın qaydalarına uyğun istifadə olunur.
  • Geri ödəniş halları ayrıca qaydalarla və qanunvericiliyə uyğun həll olunur.

5. Şəxsi məlumatlar və məxfilik

  • Şəxsi məlumatlarınız yalnız xidmətin göstərilməsi, təhlükəsizlik və sizinlə əlaqə üçün işlənir.
  • Hansı məlumatın kimə görünəcəyini tənzimləmələrdən özünüz idarə edirsiniz.
  • Məlumatlarınız qanunla tələb olunan hallar istisna olmaqla üçüncü şəxslərə satılmır və ötürülmür.

6. Hesabın bağlanması

Hesabınızı istənilən vaxt bağlamağı tələb edə bilərsiniz. Qaydalar pozulduqda Platforma hesabı dayandırmaq hüququnu saxlayır.

7. Məsuliyyətin məhdudlaşdırılması

Platforma "olduğu kimi" təqdim olunur. Digər istifadəçilərin paylaşdığı məlumatların doğruluğuna və onlarla qurduğunuz əlaqələrin nəticələrinə görə Platforma məsuliyyət daşımır.

8. Dəyişikliklər

Bu razılaşma yenilənə bilər. Sonuncu versiya həmişə panelinizdə, "Tənzimləmələr → İstifadəçi razılaşması" bölməsində görünür. Yenilənmədən sonra Platformadan istifadəni davam etdirmək yeni versiyanı qəbul etmək deməkdir.

9. Əlaqə

Suallarınız üçün paneldəki "Dəstək" bölməsindən bizə yazın.

🇦🇿AZ
🇦🇿Azərbaycan🇬🇧English🇷🇺Русский🇹🇷Türkçe
Mobil tətbiq · 1.1.2Telefona yüklə

Karyeran, portfolion və əlaqələrin bir buludda.

TheBulud bir sadə sualdan yarandı: niyə insanın peşəkar həyatı onlarla sayta, fayla və vizit kartına səpələnməlidir?

CV bir yerdə, portfolio başqa yerdə, əlaqələr telefonda, tanışlıqlar isə tədbirdən sonra unudulur. Biz bunları bir hesabda topladıq: bir link, bir QR və hər şey yerindədir.

Məqsədimiz Azərbaycanda hər kəsin özünü peşəkar şəkildə təqdim edə bilməsi, şirkətlərin isə doğru insanı daha tez tapmasıdır.

TəsisçilərTheBulud-u quranlar. Portfoliolarını elə bu saytda yaradıblar — açıb baxın.

Rauf Mahmudzadə

Rauf Mahmudzadə

Həmtəsisçi
Faiq Mahmudzadə

Faiq Mahmudzadə

Həmtəsisçi

Sistem göz önündə yığılır.

1/14GirişBütün peşəkar həyatın üçün bir panel.
2/14Ana panelBalans, baxışlar, hədəflər — vidcetləri özün düz.
3/14Profil, CV və portfolioŞablon, bir kliklə PDF, 5 portfolio dizaynı.
4/14QR vizit kartıBir skanda bütün əlaqələr. QR divar kağızı.
5/14Süni intellektZəif mətni yenidən yazır. CV-vakansiya uyğunluğu.
6/14Sertifikat20 imtahan, 5 səviyyə, hər dəfə fərqli suallar.
7/14KaryeraUyğun vakansiyalar və maaş bələdçisi.
8/14ŞəbəkəBağlantılar, rəylər, kim baxdı, analitika.
9/14BiznesRezervasiya, mağaza və dəvət et.
10/14QazancXP, coin, balans, market və paketlər.
11/14Oyun və icmaArkada, top 10, kolleksiya, heyvanlara dəstək.
12/14Rahatlıq4 dil, mobil tətbiq, təhlükəsizlik, dəstək.
13/14Şirkətlər üçünHR paneli hazırlanır.
14/14Hamısı bir yerdəBir hesab. Bir link. Bir QR.
Keç
Search…Поиск…Ara…Axtar…Axtar…Ctrl KAZL
Xoş gəldin, Ləman!

CV, portfolio, QR, şəbəkə, sertifikatlar və daha çoxu — bir paneldə.

CVPortfolioQRŞəbəkəSertifikatMarket
Coin balansı0
AZN balansı0 ₼
Profil baxışı0
Portfolio baxışı0
QR skan0
Bağlantılar0
Həftəlik XP0
Sıralamada yer#0
QR-ımı göstərCV yükləOynaMarketDəvət et

Peşəkar inkişaf

SəviyyəMütəxəssis0 XP

Hədəflər və tapşırıqlar

Profili tamamlaCV yaratQR-ı paylaşBir imtahan ver

CV / Resume

Şablon seç — məlumatlar profildən avtomatik gəlir

Portfolio

Öz linkin, 5 dizayn, baxış statistikası
CVPortfolio
KlassikModernPeşəkarElitOfisMinimal
L
Ləman HəsənliMəlumat analitiki · Bakı

Haqqımda5 il məlumat analitikası təcrübəsi: Excel, SQL, Power BI.

Təcrübə2021 — indi · Analitik, Kapital Qrup

TəhsilUNEC · İqtisadiyyat, bakalavr

BacarıqlarExcelSQLPower BIPython

PDF yüklə
leman-cv.pdf hazırdır
BasicPulsuz
ProfessionalProfessional
PremiumPremium
EliteElite
Örtük videosu
L
Ləman HəsənliMəlumat analitiki · thebulud.az/p/leman
Çərçivələr

QR kontakt

Vizit kartını QR ilə paylaş
L
Ləman HəsənliMəlumat analitiki
Kartda göstərTelefonWhatsAppInstagramLinkedInXəritə — ofisBank kartı

Profil AI yoxlaması

Süni intellekt profilini, CV-ni və portfolionu oxuyur

CV və vakansiya uyğunluğu

Elan mətnini yapışdır — uyğunluğu gör
0%Profil balı
Prioritet: düzəltməli olduqların"Haqqımda" mətni zəifdirDüzəltBacarıqlar az göstərilibDüzəltPortfolio şəkli yoxdurDüzəltLinkedIn linki əlavə etDüzəlt
Yenidən yazılmış mətn

“İşlərimi yaxşı görürəm, Excel bilirəm.”

5 il məlumat analitikası təcrübəsi: Excel, SQL və Power BI ilə hesabatlar qururam, komandaya ayda 40 saat qənaət etdirmişəm.

Tətbiq olundu ✓Tətbiq et
Vakansiya mətni

Data Analyst — SQL, Power BI, Python bilikləri; 3+ il təcrübə; ingilis dili B2.

0%uyğunluq
SQLPower BI3+ ilPythonİngilis B2

Sertifikatlaşma

20 imtahan · hər birində 5 səviyyə
EExcel5 səviyyə · 20 sual
SSQL5 səviyyə · 20 sual
PPower BI5 səviyyə · 20 sual
PPython5 səviyyə · 20 sual
İİngilis dili5 səviyyə · 20 sual
MMəntiq5 səviyyə · 20 sual
Excel · 3-cü səviyyəSual 1/20

Hansı funksiya cədvəldə dəyəri axtarıb uyğun sətirdən nəticə qaytarır?

SUMIFXLOOKUPCOUNTATRIM
Suallar və cavablar hər dəfə təsadüfi sırada
SERTİFİKATLəman HəsənliExcel — 3-cü səviyyə uğurla tamamlanıb
Yoxlanıla bilən · ID 7F3K-29
Nişan profilinə əlavə olundu

Uyğun işlər · Maaş bələdçisi

Profilinə görə seçilmiş vakansiyalar və bazar maaşları
Data AnalystKapital Qrup · Bakı86%
BI mütəxəssisiLogix · Hibrid78%
Hesabat analitikiNovex · Bakı71%
Maaş aralığı · aylıq, ₼
Məlumat analitiki1 400 – 2 800
Frontend developer1 600 – 3 400
QA / Tester1 000 – 2 200
Layihə meneceri1 800 – 3 600

Şəbəkə

Global axtarış · bağlantılar · tanıya biləcəyin insanlar
RRauf BabayevLayihə meneceriBağlantı göndərGöndərildi ✓
NNigar ƏsgərovaHR mütəxəssisiBağlantı göndərGöndərildi ✓
KKamran VəliyevBackend developerBağlantı göndərGöndərildi ✓
SSəbinə RüstəmliUX dizaynerBağlantı göndərGöndərildi ✓
Profilinə baxanlar · bu həftəOOrxan MəmmədliRecruiter, NovexAAytən QuliyevaAnalitikEElvin HüseynovCTO, Logix
★★★★★

“Hesabatları həmişə vaxtında və aydın təqdim edir.” — Rauf B.

Analitika · 30 gün
LinkedIn 42%Instagram 28%QR skan 18%Birbaşa 12%
📱 Mobil 71%💻 Kompüter 29%
Rezervasiya sistemiMüştərilər linkindən xidmət, gün və saat seçib özü yazılır
10:0011:0012:3014:0015:3017:00
Cümə axşamı 14:00 — Konsultasiya təsdiqləndi
Onlayn mağazaMəhsullarını bir linkdə topla, sifarişləri qəbul et
Excel kursu29 ₼Konsultasiya40 ₼Hesabat şablonları12 ₼
🛍 Yeni sifariş: Excel kursu
Dəvət et və qazanDostun qeydiyyatdan keçəndə ikiniz də bonus alırsınız
Linki kopyala
Coin balansı1 240 c+250 bu həftə
AZN balansı12.00 ₼1 ₼ = 100 coin
XP · Səviyyə 7 → 8Səviyyə 8!
Market — coinlə al
Rezervasiya sistemiModul · 30 gün2 900
XP sürətləndirici+50% · 7 gün600
Premium portfolio dizaynıDizayn1 500
PaketlərBasicProfessionalPremium
Oyun meydanı13 oyun · həftəlik reytinq · coin mükafatı
2048
Qüllə
Neon spiral
Rəng keçidi
Yeni rekord · 20483 120
Top 10 · həftəlik XP1Tural Q.2 4102Aynur M.2 1803Ləman Həsənli1 8904Rəşad Ə.2 020
KolleksiyaAdiNadirEpikƏfsanəvi
Heyvanlara dəstək · bu ayın bankı18 400 coin toplanıb

RahatlıqConvenienceУдобствоRahatlıkRahatlıq

Azərbaycan · English · Русский · Türkçe
4 dil
AZENRUTR
Mobil tətbiqTelefona yüklə — tətbiq kimi işləyir
Aktiv sessiyalar💻 Windows · ChromeBu cihaz📱 iPhone · SafariBakı · 2 saat əvvəl📱 Android · TətbiqGəncə · dünən Digər cihazlardan çıxÇıxış edildi ✓
Dəstək

Salam, sertifikatı CV-yə necə əlavə edim?

Salam! CV → Sertifikatlar bölməsində "CV-də göstər"i aç — kifayətdir. 🙂

HR paneli

Namizədləri yalnız CV ilə deyil, bütün profili ilə tanı: portfolio, rəylər, sertifikatlar.

Hazırlanır · tezliklə
Hamısı bir hesabda.Bir link. Bir QR. Bir panel.
LLəman HəsənliMəlumat analitiki📞 +994 50 ··· ·· ··in · Ləman H.Əlaqəni yadda saxla
09:41Cümə axşamı, 19 noyabr
Skan et — tanış olaq

Bu, TheBulud-dur. CV-n bir yerdə, portfolion başqa yerdə, əlaqələrin telefonda qalmasın deyə yaratdığımız vahid peşəkar panel. Bax, necə qurulur.

Ana panelində balansın, baxışların, hədəflərin və tapşırıqların bir baxışdadır. Vidcetləri yerini dəyişib paneli özün qurursan.

Hər şey profilinlə başlayır. CV şablonunu seçirsən, məlumatların öz yerinə düşür, bir kliklə PDF hazırdır. Portfolion beş fərqli dizaynla öz linkində yaşayır. Profilinin örtüyünə video, şəklinə çərçivə əlavə edə bilərsən.

Telefon, sosial şəbəkələr, xəritə və bank kartları — hamısı bir QR vizit kartında. İstəsən, QR-ı telefonunun divar kağızına da çevirirsən.

Süni intellekt profilini oxuyur: nə çatışmır, hansı mətn zəifdir. Yenisini özü yazır, sən sadəcə "Tətbiq et" deyirsən. CV-ni vakansiya mətni ilə müqayisə edib nə qədər uyğun olduğunu da göstərir.

Bacarığını sübut et: iyirmi imtahan, beş səviyyə. Hər dəfə suallar da, cavablar da fərqli gəlir. Keçdin — yoxlanıla bilən sertifikat və nişan profilindədir.

Profilinə uyğun vakansiyaları görürsən, maaş bələdçisində isə vəzifə və sahə üzrə maaş aralıqlarını.

Bağlantılar, tanıya biləcəyin insanlar, rəylər və profilinə kimin baxdığı — hamısı göz önündə. Analitikada baxışların haradan və hansı cihazdan gəldiyini görürsən.

Xidmət göstərirsən? Rezervasiya səhifən və mağazan da profilinin içindədir. Dostlarını dəvət edib bonus qazanırsan.

Hər fəaliyyət XP və coin qazandırır. Coinlər balansında toplanır, marketdə dizayn və əlavə imkanlara xərclənir. Paketlərlə isə daha çox imkan açılır.

Fasilədə arkada oyunlarında rekord qoyursan, statistikada ilk onluğa çıxırsan, nadir əşyalar toplayırsan. Coinlərinlə sığınacaqlardakı heyvanlara da dəstək ola bilərsən.

Sayt dörd dildə işləyir, telefona tətbiq kimi yüklənir. Aktiv sessiyaların və cihazların nəzarətindədir, sualın olsa, dəstək bir toxunuş uzaqlığındadır.

Şirkətlər üçün isə HR paneli hazırlanır.

Hamısı bir hesabda. TheBulud-a xoş gəldin.

0:00 / 3:00

Kimə nə təklif edirik ?Bir platforma, dörd fərqli istiqamət !

İstifadəçilər

Bir link və bir QR ilə bütün peşəkar kimliyin.
  • CV qurucu və bir kliklə PDF
  • Hazır dizaynlı portfolio, baxış statistikası ilə
  • QR vizit kartı: əlaqə, xəritə, bank kartları
  • Şəbəkə, rəylər, XP, oyunlar və mükafatlar

HR və şirkətlər

Namizədi yalnız CV-si ilə yox, bütün profili ilə tanı.
  • Vakansiya elanları və müraciətlər bir paneldə
  • Namizəd səbətləri və qeydlər
  • Portfolio, rəylər və bacarıqlar bir baxışda

Brendlər və tərəfdaşlar

Doğru auditoriyaya ölçülə bilən şəkildə çat.
  • Şirkət promokodları və kampaniyalar
  • Reklam QR-ları, skan statistikası ilə
  • Marketdə məhsul və mükafat yerləşdirmə

İnvestorlar

Bir neçə gəlir xətti olan, böyüyən peşəkar şəbəkə.
  • İstifadəçi paketləri: aylıq və illik abunə
  • HR abunəlikləri və vakansiya gəliri
  • Market, reklam və tərəfdaş kampaniyaları

RəqəmlərləHamısı bazadan canlı götürülür, şəxsi məlumat göstərilmir.

57İstifadəçi
55Portfolio
74QR kontakt
1 397Portfolio baxışı
20Qurulan bağlantı
1Şirkət

İstifadəçi artımı

Son 12 ay, cəmi qeydiyyat

Paketlər

İstifadəçilər hansı paketdədir

Portfolio baxışları

Son 30 gün, gün üzrə
Hər 10 dəqiqədən bir yenilənir

Buluduna Qoşul !